“Facebook” istifadəçilərinə şad xəbər

mesencer_esasİstifadəçilər göndərdikləri ismarıcların sonradan silinməsini təmin edəcək

“Facebook Messenger”də yaxın günlərdə yenilik olacaq. İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeniləmədən sonra burada “öz özünü məhv edən” mesaj imkanı olacaq. Belə ki, istifadəçilər göndərdikləri ismarıcların sonradan silinməsini təmin edəcək.

İstifadəçilər göndərdikləri ismarıcların dəqiqə, gün, ay və ya il əsasında nə vaxt avtomatik olaraq silinməsini istədiyini seçə biləcək. Təbii ki, silinməsini istəməyən istifadəçilər də bu imkandan istifadə etməmək hüququna malikdir.

Qeyd edək ki, son vaxtlar “Facebook” istifadəçi gizliliyinə əhəmiyyət verilir. Son olaraq WhatsApp, şifrələmə xüsusiyyətini aktiv etmişdi.