“Facebook” və “Instagram” məhkəməyə verildi - İnanılmaz SƏBƏB

media-hightechnic-468x90

“Meta” korporasiyasına qarşı ABŞ-da səkkiz məhkəmə iddiası qaldırılıb.

Yenicag.az xəbər verir ki, əsas kimi “Facebook” və “Instagram”ın uşaqlara zərər vurması göstərilir.

İddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib.

Zərərçəkmişlər sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.

Bundan əlavə, iddiaçıların fikrincə, “Facebook” və “Instagram” azyaşlıları qida pozulması, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxmağa təşviq edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa