!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook” və “Instagram”da mühüm yenilik: Keçirilən vaxta nəzarət

!Reklam – Yazi

“Instagram” və “Facebook” sosial şəbəkələrində istifadəçilərin vaxtdan səmərəli istifadəsi üçün yeni üsullar təqdim edilib.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, yeni mexanizm psixoloqların iştirakı, həmçinin “Instagram” və “Facebook”un araşdırması və istifadəçilərin rəyi əsasında hazırlanıb.

“Biz “Instagram” və “Facebook” istifadəçilərinə öz vaxtlarından səmərəli istifadə etməyə imkan verəcək yeni mexanizmlərin tətbiq edilməsini elan edirik. Bu aktivliyi idarəetmə paneli, gündəlik “xatırlatma”, həmçinin bildirişlər axınının məhdudlaşdırılması üzrə yeni üsuldur”, – deyə “Instagram”ın saytında dərc edilmiş məlumatda qeyd olunub.

Yeni mexanizmlərdən istifadə etmək üçün sözügedən proqramlarda sazlamalar panelini açmaq, “Instagram”da “Aktivlik”, “Facebook”da isə “Facebookda keçirdiyiniz vaxt” bölməsini seçmək lazımdır.

www.yenicag.az

3148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv