FAKTİKİ HAVA: Bəzi yerlərə qar yağıb, dolu düşüb

media-hightechnic-468x90

Faktiki hava

media-banner_tuq

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.

Düşən yağıntının miqdarı

Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.

Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05