Həbsdə olan müğənni Fədayə Laçının müalicəsi başa çatıb.
Bu barədə Yenicag.az-a açıqlamasında sənətçinin bacısı İlahə Fəda danışıb:
“Bacımın səhhəti yerindədir, artıq sağalıb. Müalicəsi bitib. Məhkəmə prosesləri isə davam edir. İnşallah, məhkəmə nə qərar çıxarsa, biz ona hörmətlə yanaşacağıq”.
İlahə anasının da Fədayə ilə görüşdüyünü bildirib:
“Əvvəllər anamın ürəyi dözmürdü deyə, Fədayə ilə görüşə aparmırdıq. Amma artıq anam da qızı ilə görüşüb, oturub dərdləşiblər”.
Bacısının sözlərinə görə, Fədayə həbsdə olsa da, sənətinə fasilə verməyib:
“Fədayə sənətkardır, onu heç kim susdura bilməz. O, bizimlə görüşəndə də, hətta saxlanıldığı yerdə də oxuyur. Bacım məhkəmə zalında da mahnı ifa edir. Fədayənin ürəyi sənəti ilə döyünür. O, mahnıları ilə yaşayır, musiqi onu sakitləşdirir”.
Cəvahir
www.yenicag.az