“Fənərbaxça” yeni gətirdiyi futbolçudan imtina etdi

media-hightechnic-468x90

Türkiyənin “Fənərbaxça” klubu müqavilə bağlamağa hazırlaşdığı meksikalı yarımmüdafiəçi Marko Fabianın transferindən imtina edib.

Yenicag.az xəbər verir ki, 2016-cı ildən Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda çıxış edən Meksika millisinin üzvü ötən gün İstanbula gəlmişdi. Lakin bu gün tibbi müayinədən keçib müqavilə bağlamalı olan oyunçunun sağlıq problemi olduğu aşkarlanıb. Bu üzdən də, “Fənərbaxça” rəhbərliyi onunla müqavilə bağlamaqdan imtina edib.

Fabian peşəkar karyerasına ölkəsinin “Qvadalahara” klubunda başlayıb. Daha sonra o, “Çivas”, “Kruz Asul” klublarında da çıxış edib. 2016-cı ildən isə o, Frankfurt təmsilçisinin uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu bu komandada 49 oyun keçirib, 8 qola imza atıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600