Fidan Gürcüstanı bu formata qoşulmağa çağıracaq

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Ankarada gürcü həmkarı Maka Boçorişvili ilə danışıqlar zamanı Türkiyə tərəfinin Gürcüstanın “3+3” platformasına qoşulması ilə bağlı gözləntilərini ifadə edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Fevralın 26-da ölkəmizə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili səfər edəcək. Nazir Hakan Fidan danışıqlar zamanı Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini qəti şəkildə dəstəklədiyini, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin dinc yolla həllini müdafiə etdiyini bildirəcək və yaxın dövrdə Gürcüstanın “3+3” regional əməkdaşlıq platformasına daxil olması ilə bağlı gözləntilərini ifadə edəcək”, – deyə agentliyin həmsöhbəti bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa