FIFA prezidenti Canni İnfantino 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakçı ölkələrin sayının artırılmasının mümkünlüyü barədə açıqlama verib.
Yenicag.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri belə bir variantı nəzərdən keçridiklərini bildirib.
Lakin o, vəziyyəti dəyərləndirmələrinin vacibliyini vurğulayıb: “Biz komanda sayını 32-dən 48-ə qaldırmağı qərara almışıq. Bu yenilik 2026-cı ildən qüvvəyə minəcək. Bu qərarın 2022-ci ildə də gerçəkləşməsinin mümkünlüyü üzərində işləyirik. Bunu həyata keçirmək real olacaqsa, niyə də etməyək?! Artıq qətərli dostlarımız və regionun digər nümayəndələri ilə bu mövzunun müzakirəsi gedir. Ümidvarıq ki, ideyanı həyata keçirə biləcəyik”.
Qeyd edək ki, 32 komandalı hazırkı formatda dünya çempionatı 1998-ci ildən keçirilir.
www.yenicag.az