Fikrət Qocanın qardaşı: “Vəziyyət çox ciddidir”

media-hightechnic-468x90

big_1423659940_fikret“Fikrət Qocanın vəziyyəti nisbətən stabilləşib. Dünən vəziyyəti çox pis idi. İndi oğlu ilə danışdım, deyir, həkimlər müayinənin nəticəsindən asılı olaraq, müalicəni davam etdirəcəklər”.

media-banner_tuq

Bunu açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca deyib.

Onun sözlərində görə, şairin ürək damarlarını təmizləmək mümkün olmasa, əməliyyat edəcəklər: “Həkimlər dünən deyiblər ki, vəziyyət çox ciddidir. Bu gün oğlunu tanıyıb, bir-iki kəlmə kəsə bilib. Yəni ünsiyyəti bərpa olunub. Hazırda müalicələri davam edir, dünənə nisbətən əlli faiz yaxşılaşıb. Biz də inşallah həkimlərdən yaxşı xəbər gözləyirik”.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün dünən İstanbula aparıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05