!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fransa-Ermənistan hərbi əməkdaşlığı Gürcüstanda çaşqınlıq yaradıb” – La Croix

!Reklam – Yazi

“Fransa-Ermənistan hərbi əməkdaşlığı Gürcüstanda qarışıqlığa səbəb olub”.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın “La Croix” nəşri yazıb.

Qəzetin yazdığına görə, “Paris və İrəvan arasında Yelisey sarayı üçün prioritet sayılan hərbi əməkdaşlıq yaxınlaşması Cənubi Qafqazda qətiyyən qəbul edilmir”.

Bəzi ekspertlərin fikrincə, bu, Sovet İttifaqının dağılmasından sonra Fransanın Qafqazda oynadığı vasitəçilik roluna ziddir.

Fransa öz addımlarını Azərbaycana qarşı yönəldiyi ilə izah edir. Lakin Fransanın Ermənistana hərbi tədarükü təkcə Azərbaycan tərəfindən tənqid olunmur.

Qəzetin yazdığına görə, Tbilisi çaşqındır. Çünki o hesab edir ki, bu hərbi təchizat Ermənistan-Azərbaycan münaqişəsinin Qərbin himayəsi altında həlli perspektivini aradan götürə bilər.

Moskva həmçinin hərbi təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığının gücləndirilməsinin əleyhinədir.

Bəzi rusiyalı ekspertlər qeyd ediblər ki, Emmanuel Makron şəxsən Ermənistan-Fransa münasibətlərinin yaxınlaşmasında və yeni səviyyəyə yüksəlməsində maraqlıdır.

Rusiya tərəfi “Makron Ermənistan hakimiyyətindən daha çox ermənipərəstdir” kimi bəyanatlar verib.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv