Fransa Senatı Quba məzarlığında-Fotolar

media-hightechnic-468x90

fab84170d3e879c5dcee18d4c3096a81Jan-Mari Bokel: “Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik”

Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət edib.

Qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə məlumat verilib.

Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən təsadüfən aşkar edilib. Tədqiqat işləri nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Ermənilərin azərbaycanlılarla yanaşı, bu bölgədə yaşayan digər xalqların nümayəndələrini də qətlə yetirdiyi vurğulanıb.

Jan-Mari Bokel jurnalistlə açıqlamasında deyib ki, belə faciəli hadisələr insanları düşündürür və onların sülhpərvər hisslərini artırır. O, həmçinin Azərbaycanın Fransadakı dostları olaraq hər məsələyə həssas yanaşdıqlarını bildirib: “Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik”.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Fransa nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətində, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə də olub. Nümayəndə heyəti Qusar rayonuna da səfər edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600