Fransa Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi ştammına ilk yoluxma hadisəsini qeydə alıb.
Yenicag.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.
“Fransa Əmək və Səhiyyə Nazirliyi, Brittany bölgəsində ölkədə meymunçiçəyi variantı clade 1b ilə insanda ilk yoluxma hadisəsi haqqında məlumat aldı”, – agentlik nazirlikdən sitat gətirib.
Nazirliyin məlumatına görə, ilk yoluxmuş fransız Mərkəzi Afrikaya getməyib, lakin oradan qayıdan iki nəfərlə əlaqə saxlayıb. Hazırda infeksiya mənbəyinin müəyyən edilməsi və onlarla təmasda olanların hamısının müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
www.yenicag.az