“Fukusima-1” AES-də yenilik

media-hightechnic-468x90

14191608212022062689_750x500Qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru olan şirkət dekabrın 20-də dördüncü enerji blokunda istifadə edilmiş yanacaq elementlərinin çıxarılmasını başa çatdırıb.

AES-in direktoru Akira Ono jurnalistlərə bildirib ki, reaktorların sökülməsi ilə bağlı işlər uzun müddət tələb etsə də, dördüncü blokda yanacaq millərinin çıxarılmasının başa çatdırılması xüsusi əhəmiyyətə malikdir. Bu, reaktorların sökülməsi prosesində xüsusi mərhələ hesab olunur. Belə bir əməliyyatın digər üç enerji bloklarında da aparılması nəzərdə tutulur. Həmin bloklardan yanacaq millərinin çıxarılması burada yüksək radiasiya olduğuna görə çox təhlükəlidir.

(azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600