!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbol cameəsinin superkubok HƏYƏCANI: “Bu titul “Real”dan çox “Atalanta”ya lazımdır”

!Reklam – Yazi

“Real” favorit olsa da, “Atalanta”nın İspaniya nəhəngini məğlub etmək potensialı var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında superkubokda qarşı-qarşıya gələcək “Real Madrid”-“Atalanta” matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, superkubok oyunu Avropada mövsümün açılış matçı kimi xarakterizə edilir.

“Düzdür, tituldur, komandalar onu əldə etməyə çalışırlar, amma həm də bu qarşılaşmaya tam da köklənə bilmirlər. Ona görə də Avropa Superkubokunda həmişə favoritlər qalib gəlmir. “Real” oyunun favoritidir, ancaq “Atalanta” da böyüməyə iddialı olan titul acıdır. Bu oyunda İtaliya komandasının motivasiyası daha güclü olacaq. “Atalanta” Avropa Liqasının finalında proqnozları alt-üst etməyi bacardı. Sözsüz ki, onlar “Real”ı da məğlub etmək haqda düşünürlər. Bu titul “Real”dan çox “Atalanta”ya lazımdır”, – deyə o əlavə edib.

N.Muxtarlı qeyd edib ki, komandalar bu mövsüm ilk rəsmi oyuna çıxırlar:

“Mövsümlərarası fasilədə yoldaşlıq oyunları keçiriblər. Amma bütün hallarda həmin qarşılaşmalar yoxlama xarakterli olub – yəni müəyyən taktiki sxemlər sınaqdan keçirilib. Ona görə də, bu qarşılaşmada yüksək keyfiyyət gözləmirəm. Amma təbii ki, mübarizə olacaq və hansı komandanın qalib gələcəyi haqda da birmənalı fikir yürütmək olmaz. “Real” favorit olsa da, “Atalanta”nın İspaniya nəhəngini məğlub etmək potensialı var”.

İsmayıl Bakuvi

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv