Futbolçu Yeni il günü Kərbəlaya gedəcək

media-hightechnic-468x90

araz-abdullayev-azerbaijan-431396598“Neftçi” komandasının futbolçusu Araz Abdullayev Yeni İl günü Kərbəla ziyarətində olacaq. Bu barədə  22 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

A.Abdullayev İraqa dekabrın 31-i və ya yanvarın 1-də yollanacağını bildirib. O, ziyarətə yollanacağına dair xəbəri “Yeni İli harada qarşılayacaqsınız” sualını cavablandırarkən verib: “Bu bayram mənlik deyil. Mən ziyarətə gedirəm. Sabah və ya birisigün Kərbəla ziyarətində olacağam. Ziyarətdən qayıtdıqdan sonra isə “Neftçi”nin məşqlərinə qoşulacağam”.

Qeyd edək ki, Araz Abdullayevin adı son illər bir sıra xoşagəlməz olaylarda hallanıb(report.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600