Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb.
Yenicag.az xəbər verir ki, 2018-ci il 20 Noyabr tarixində 1994-cü ildə erməni işğalından azad olunmuş Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Agentlik tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı sahədə yerləşən 2 su quyusuna baxış keçirilərkən Agentliyin minaaxtaranları tərəfindən 15 (on beş) ədəd OZM-72 piyada əleyhinə mina (PƏM), 1 (bir) ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və 1 (bir) ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.
Mina sahəsinin ümumi ölçüsü 303 211 kv.m. təşkil edir. İndiyədək 266 701 kv.metr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmiş, 3 ədəd partlamamış hərbi sursat (PHS) (2 ədəd 60 mm-lik minaatan mərmi və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (1 ədəd TM-57 tank əleyhinə mina (TƏM), 1 ədəd TM-62P tank əleyhinə mina (TƏM), 18 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM) və 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkar olunub.
Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.
www.yenicag.az