Füzulidə traktor minaya düşdü

media-hightechnic-468x90

Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı daha bir şəxsin – 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

***

İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa