Gədəbəydə yollarda qışa hazırlıq
Son günlər havaların şaxtalı olması yollarda çətinliklər yaradıb. Xüsusi ilə də dağ rayonlarında bu problem özünü daha qabarıq şəkildə biruzə verir. Qışın sərt keçdiyi rayonlardan olan Gədəbəydə də bu istiqamətdə hazırlıq işləri başa çatdırılıb.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, istər respublika əhəmiyyətli Şəmkir-Gədəbəy-Novosaratovka, istərsə də yerli əhəmiyyətli kənd yolları, eyni zamanda texnikalar mövsümə hazır vəziyyətə gətirilir.
“Qış mövsümünə hazırlıqla bağlı Gədəbəy rayonunda xüsusi tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də yolarda avtomobillərin intensiv və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsəd ilə yerli yol idarəsi tərəfindən yol kənarlarına qum və duz toplanıb. Bu istiqamətdə işlər davam etdirilir”, – Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev bildirib.
(trend.az)