Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gəlirlər, baxırlar, gedirlər... - Həmsədrlər əməkhaqqı alır, əziyyəti isə Azərbaycan xalqı çəkir

Reklam: Sinerji Pro

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) bölgəyə növbəti səfərə çıxacaqlar. Belə ki, mətbuatın yazdığına görə, həmsədrlər fevralın 3-də Bakıda olacaq, növbəti gün isə Azərbaycan rəhbərliyilə görüşəcəklər. Fevralın 7-də isə onlar Ermənistana səfər edəcəklər. Məlum olduğu kimi illərdən bəri Azərbaycana gəlib-gedən həmsədrlər münaqişənin həlli istiqamətində cüzi də olsa hər hansı bir addım atmayıblar. Deyəsən, onları Qarabağın və oradan köçkün düşən insanların taleyi yox, hər səfərlərində Azərbaycan mətbəxindən yedikləri yeməklər maraqlandırır.

Görəsən, onların bu səfərləri nə zaman nəticə verəcək?

Siyasi icmalçı Azər Həsrət Yenicag.az-a açıqlamasında təəssüflə qeyd etdi ki, belə səfərlərin heç birinin nəticəsi olmayıb və olmayacaq da:

“Faktiki olaraq, ATƏT-in Minsk qrupu həmsədrləri öz mövqelərini əvvəlcədən ifadə ediblər. Çünki onlar bildirmişdilər ki, Azərbaycanla Ermənistan özləri həll variantını tapsa, onlar da həmin variantı dəstəkləyəcəklər. Onda sual verirdik ki, Azərbaycanla Ermənistan həll variantını tapa bilirsə, vasitəçilərə nə gərək? Yəni həmsədrlərin belə bir məntiqsiz yanaşmaları mövcuddur. Ona görə də gəlir və gedirlər. Görüşlər keçirir, münaqişəni həll etməyə çalışan tərəflər kimi görüntü yaradırlar. Amma faktiki olaraq konfliktin həlli üçün heç bir addım atmırlar. Müzakirələr aparır, bir müddət mətbuatın gündəmində qalır, ictimai rəydə müzakirə obyekti olurlar. Beləcə, zaman axıb gedir və münaqişə həllini tapmadan qalır. Üç ölkə həmsədrləri üçün bu vasitəçilik missiyası əlavə iş yeri hesab olunur. Bu işlə məşğul olaraq, əməkhaqqı alırlar. Belədə də faktiki olaraq özləri üçün müəyyən müddətə iş yeri əldə edirlər. Bunun əziyyətini əsasən Azərbaycan xalqı çəkir. Dağlıq Qarabağı işğalda saxlamaqla Ermənistan hakimiyyəti həmçinin, öz xalqına da ziyan vurur. Ermənistan kimi zəif, baş tutmayan bir dövlətin uzun müddət o boyda ağır yükü daşıması erməni xalqı üçün əlavə, böyük bir problemdir ”.

ELÇİN

www.yenicag.az

1206
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM