Gənc usta faciəvi şəkildə ÖLDÜ

media-hightechnic-468x90

Bakıda 26 yaşlı usta faciəvi şəkildə ölüb.

Yenicag.az xəbər verir ki, hadisə dekabrın 17-də saat 10 radələrində paytaxtın Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsindəki evlərdən birində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Əli Abbasovu Müslüm Həsənova məxsus evin damında iş görərkən yuxarıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub.

Nəticədə, o, damdan həyətə, daş pilləkənin üzərinə çırpılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600