Gəncə şəhərində yerli sakin intihar edib.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin Z.Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Tofiq Cəlal oğlu Qurbanov yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.
Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
www.yenicag.az