Noyabrın 8-də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin reallaşdırdığı “İSTİQLAL” Beynəlxalq Bilik Yarışması başa çatıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə reallaşdırılan bu bilik yarışmasında 30-dan çox komanda iştirak edib.
Bağlanış mərasimini giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin koordinatoru Rəşid Musatafayev layihənin nəticəsi barədə məlumat verib.
Daha sonra “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin səri Aqil Ələsgər çıxış edərək bu layihənin hər iul keçiriləcəyini qeyd edib.
Daha sonra qaliblərin adları açıqlanıb. Siyahını təqdim edirik:
1-ci yer – “Dericiler” komandası: 23 xal
2-ci yer – “Meyxanaçılar”: 22 xal
3-cü yer – “Karabağ Atları”: 20 xal
Məlumat üçün qeyd edək ki, Noyabrın 7-8-də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi İstanbulda “İSTİQLAL” Beynəlxalq Bilik Yarışması təşkil edib.
Azərbaycan tarixində ilk dəfə reallaşdırılan bu bilik yarışmasında 30-dan çox komanda iştirak edib.
www.yenicag.az