Gənclər orduya dəstək üçün Bakı küçələrinə axışdı – Fotolar

media-hightechnic-468x90

orduya89Bu dəqiqələrdə Bakının mərkəzində Azərbaycan ordusuna dəstək aksiyası keçirilir.

Onlarla gənc əllərində Azərbaycan bayrağı ilə küçələrə axışaraq ordumuza dəstək nümayiş etdirir. “Tribunadan səngərə” adlı dəstək aksiyasında da “Neftçi” “Xəzər-Lənkaran”, “Kəpəz” və “Qarabağ” klubunun “İmarət” fanklubları iştirak edir. Gənclər əllərində “Qana qan, cana can, yaşasın Azərbaycan” kimi şüarlar yazılmış plakatlar tutublar. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Həmin aksiya metronun “Elmlər Akademiyası” stansiyası qarşısında başlayıb və Şəhidlər Xiyabanına yürüşlə davam edib. Hazırda gənclər “İçərişəhər” metrostansiyasının qarşısı ilə üzü Bulvar istiqamətində hərəkət edirlər.

Aksiyadan çəkilmiş fotoları təqdim edirik:(Aznews)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600