“Gənclərimiz özlərini xarici film qəhrəmanlarına oxşadırlar” – Adil Əliyev

media-hightechnic-468x90

Bu gün səngərdə futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar:

“Bu gün biz öz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarımızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağırarlar. Bunun üçün əməli işlərimizi rəsmiyyyətə salmaq istəyirik. Onsuz da bizim bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımi qədər bu tədbirlərə dəstək olur”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600