Girovların “məhkəməsi” sona yaxınlaşır

media-hightechnic-468x90

17772Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır.

media-banner_tkm

Bu barədə Şahbaz Quliyevin “vəkil”i Arkadi İsraelyan bildirib.

Bu gün keçiriləcək “proses”də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

Qondarma “məhkəmə” bu il oktyabrın 27-də başlayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05