Gömrükdən siqaret keçirmək istəyən şəxs yaxalandı

media-hightechnic-468x90

87864Moskva-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı İlkin Dadaşzadəyə məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja – 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib.

Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Dadaşzadə baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600