“Google” “Android” sistemindəki boşluqları aradan qaldırdı

media-hightechnic-468x90

“Google” şirkəti “Android” sistemindəki boşluqları aradan qaldırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün planlaşdırılmış aylıq təhlükəsizlik yeniləmələrini çıxarıb. Yeniləmələr ümumilikdə 43 boşluğu aradan qaldırır. Bu boşluqlardan 6-sı kritik kimi qeyd edilib.

Avqustda çıxarılmış təhlükəsizlik bülleteninə əsasən, lokal zərərverici proqramlara istifadəçinin iştirakı olmadan əlavə imtiyazlar əldə etməyə, həmçinin hakerlərə məsafədən kodu icra etməyə imkan verən boşluqlar daha təhlükəli hesab olunur.

“Android”in tərəfdaşları yeniləmələr çıxarılmazdan ən azı 1 ay əvvəl boşluqlar barədə xəbərdar edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600