Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Google Flash texnologiyasının dəstəyini dayandırdı

Google rəsmi olaraq Flash texnologiyasının dəstəyini dayandırdı.

Yenicag.az xəbər verir ki, Google şirkəti rəsmi olaraq Flash texnologiyasını öz brauzerində ləğv etdi. Bir çox məşhur brauzerlərdə uzun müddətdir ki, ləğv edilmiş bu texnologiyann dəstəyini əldə etmiş kontentlər artıq Google şirkətinin axtarış sistemində də indeks olunmayacaqlar. Bu barədə 4pda saytı xəbər verib. Flash texnologiyası Chrome 76-dan başlayaraq deaktiv edilib. Bununla yanaşı bu texnologiya həm də Microsoft Edge və FireFox 69 brauzerlərində də deaktiv edilib.

Google təmsilçiləri qeyd ediblər ki, vaxtı ikən Fash texnologiyası animasiyaları, medianı və interaktiv elementləri inteqrasiya etməklə sıxıcı internetə yenilik gətirmişdi. Lakin həmin vaxtlar artıq geridə qaldılar. Bundan sonra şirkətin axtarış sistemi Flash kontenti iqnor edəcək və SWF faylları indeksləməyəcək. Google şirkətinin fikrincə istifadəçilərin və veb saytların çox hissəsinə bu dəyişiklik təsir göstərməyəcək.

Şirkət düşünür ki, artıq yeni standartların vaxtı gəlib çatıb. Alternatv kimi isə əsasən HTML5 təklif olunur. Flash texnologiyasının dəstəyinin dayandırılması barəsində məlumatı hələ 2 il bundan öncə Adobe şirkəti özü vermişdi. Həmin vaxtda şirkət 2020-ci ilin sonunda yeni Flash playerlərinin və yenilənmələrinin dayandıracağını elan etmişdi.

www.yenicag.az

475
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM