Görülməmiş təbiət hadisəsi-Foto
Rusiyada qəribə təbiət hadisəsi baş verib.
Rusiyanın Çelyabinsk şəhərində mavi qar yağıb. Bunun necə baş verməsi haqqında dəqiq heç bir məlumat olmasa da, yerli sakinlərin fikrincə bunun səbəbi ərazidəki zavodların tullantıları ilə əlaqələndirirlər.
Yerli sakinlərin çəkdikləri şəkillərdə qar sanki mavi örtük yaradıb. Lakin müəyyən yerlərdə ağ sahələr də var. Buna görə də ola bilsin ki, zavodun tullantıları olan hansısa kimyəvi maddələr qar düşəndən sonra onu mavi rəngə rəngləyib.
Qeyd edək ki, Rusiyada daha əvvəl də qəribə hadisə baş verib. Belə ki, evlərə verilən su mavi rəngdə axıb. Daha sonra müəyyən edilib ki, bunun səbəbi su kəmərlərində aparılan təmir olub.