Göyçay polis idarəsində ciddi yoxlamalar gedir

media-hightechnic-468x90

fgfdgfdhGöyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alarkən yayılan videosundan sonra sözügedən polis idarəsində ciddi yoxlamalar başlayıb.

Hazırda işdən çıxarılma və yaxud cəzalanma ilə bağlı heç bir tədbir görülməsə də, dünəndən daşlayaraq Daxili İşlər nazirliyindən gələn yüksək rütbəli əməkdaşlar qurumun işini yoxlamağa başlayıblar. Xəbərdə qeyd olunur ki, rüşvət qalmaqalı ilə bağlı birbaşa nazir Ramil Usubovun tapşırığına əsasən aparılan yoxlamadan sonra ciddi ölçü götürüləcəyi istisna edilmir.

Qeyd edək ki, Göyçay rayol yol polisi şöbəsinin rəisi Elman Əliyevdir və o, bu vəzifəyə ötən il təyinat alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də  açıqlamasında araşdırma aparıldığını təsdiqlədi: “Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin əməkdaşları araşdırma aparır. Araşdırmanın nəticəsi ilə bağlı tezliklə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və Yutub video portalında yol polisinin rüşvət almasını əks etdirən video yayılıb.

Videoda Göyçay rayon yol polisi şöbəsinin rəisi Elman Əliyevin yol hərəkəti qaydalarını pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə ondan rüşvət tələb etdiyi görüntülənir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600