Güclü külək Bərdədə fəsadlar törətdi

media-hightechnic-468x90

87414Ötən gündən başlayaraq Bərdə rayonunda güclü külək əsməyə başlayıb. Külək səhər saatlarından başlayaraq daha da güclənib.

Hadisə nəticəsində elektrik naqillərinə ziyan dəyib. Rayona elektrik enerjisinin verilişi dayandırılıb. Səhər saatlarında isə rayonun bir hissəsinə enerji verilişi bərpa olunub.

Lakin böyük Bərdənin böyük bir hissəsində işıq yoxdur.

Qeyd edək ki, hadisə nəticəsində rayonda bir neçə ağac aşıb. Bəzi evlərə ziyan dəydiyi də bildirilir.

Hadisə nəticəsində rayona dəyən ziyan araşdırılır. Yollara aşan ağacların təmizlənməsina başlanılıb(ans).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa