!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənin qaytarılması məsələsində irəliləyiş: Amerikalı heyət Türkiyəyə gəlir

!Reklam – Yazi

ABŞ-ın Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə geri qaytarılması məsələsini müzakirə etmək üçün Ankaraya səfər edəcək.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Gülənin geri qaytarılması müqabilində terror təşkilatları ilə sıx əlaqədə olan cinayətkar Bransonu tələb edir. Türkiyə isə Bransonun hazırda “FETÖ və PKK-ya yardım” cinayət işi çərçivəsində saxlanıldığını və onun əvvəlcə Türkiyə qanunvericiliyinə əsasən cəzalandırılmalı olduğunu bildirir.

Heyyət insanların dini inancını istismar edən hər iki cinayətkarın cəzalandırılması məsələsi ilə bağlı rəsmi Ankara ilə fikir mübadiləsi aparacaq.

Xatırladaq ki, Bransonun ABŞ-a təhvil verilməsi məsələsinə Türkiyə prezidenti daha əvvəl münasibət bildirərək qeyd etmişdi ki, Fətullah Gülən ABŞ tərəfindən cinayətkar kimi tanınmır və hüquq-mühafizə orqanları onun barəsində heç bir tədbir görmür: “Hər iki ölkə Bransonu terrorizmə dəstək verməklə təqsirləndirir. Buna görə də, Türkiyənin onu cəzalandırma haqqı var”.

www.yenicag.az

1654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv