Güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayır

media-hightechnic-468x90

Bu gün Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat turnirinə start veriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

İlk görüşlərində Murad Məmmədov (60 kiloqram) Aleksandrs Yurkyansla (Latviya), Rafiq Hüseynov (87 kiloqram) İlyas Paqkalidislə (Yunanıstan), Murad Əhmədiyev (97 kiloqram) Riçard Karelsonla (Estoniya), Sabah Şəriəti isə (130 kq) Nikolaos Ntunyasla (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05