Günel XƏZƏL: Uğursuzluğun 31 sirri

media-hightechnic-468x90

974450_321252621416729_278071047_nNapaleon Hill 20 il ərzində yazdığı ” Düşün və varlan“ kitabı dünyanın çoxsaylı millionerlərin masaüstü kitabıdır. Müəllif iddia edir ki, kitabda bir çox uğurlu insanın həyat hekayələri, təcrübələri ilə yanaşı, bölmələr arasında gizlədilmiş, kodlaşdırılmış varlanma düsturları da verilib. Bu kitabın audio versiyası mənim noutbukumda, telefonumda da var. Daim boş vaxtım olan kimi musiqi əvəzinə, məhz bu kitabı dinləyirəm. Düzdür hələ varlanmamışam, amma bu kitabın mənə verdiyi məsləhər, özgüvən sayəsində artıq özümdə inam tapıb, öz işimi qurmuşam və Factnews.az saytının rəhbəriyəm .

Uğurlu və varlı olmaq istəyən adamlar üçün kitabda ən sevdiyim və mənə özümü inkişaf etdirmək üçün ən çox köməkçi olan bölmələrindən biri tərcümə etdim. Çalışın bğlmələrdə yazılan fikirləri özünüzlə əlaqələndirin və bu əngəlləri həyatınızdan çıxarın. Beləliklə,

UĞURSUZLUĞUN 31 SƏBƏBİ:

1. Qüsurlu irs. Əqli qüsurla mübarizə çətindir, amma mümkün olmayan heç nə yoxdur.Əqli gücünüzün zəifliyi sizi uğur qazanmağa mane olmamalıdır. Beyin düşüncələrini gücləndirən mərkəzlərlə əməkdaşlıq etmək lazımdır.

2. Konkret həyat məqsədinin olmaması. Məqsədi olmayan insan, uğurdan əlini üzməlidir. Sorğu apardığım yüz nəfərdən 98-nin həyatda qarşılarına qoyduqları konkret məqsədləri yox idi . Bu da çox güman onların uğursuzluğunun əsas səbəbi idi.

3.Məğrursuzluq. Öz taleyinə laqeyd olan insanın uğur əldə etməsi mümkün deyil. İnsan özünə dəyər verməlidir.

4. Təhsilin olmaması. Bu səbəbi əzm və özunu tərbiyə nəticəsində aradan qaldırmaq olar. Savadlı adam başqasının azadlığına mane olmadan, həyatda istədiyinə çatmağ bacarandır. İnsanı biliyinə yox, biliyi sayəsində etdiklərinə görə qiymətləndirirlər.

5. İntizamsızlıq. İnsan kənardan özünü müşhidə etməyi bacarmalı, mənfi cəhətlərini dərk etməli və onları idarə etməyi bacarmalıdır. Özünə qalib olmayan, özünə məğlub olur. Güzgüdə gördüyünüz adam sizə ya dost, ya düşmən ola bilər. Onu idarə etməyi öyrənin.

6. Zəif sağlamlıq. Buna intizamlı özünütərbiyə ilə qalib gəlmək olar. Məsələn, düzgün və sağlam qidalanma, mənfi emosiyalardan qurtulma, cinsi münasibətlərin hədsiz çoxluğu yaxud yoxluğunu aradan qaldırma, normallaşdırma, mütəmadı fiziki idman hərəkətləri, gündəlik təmiz hava qəbulu ilə zəif sağlamlığı möhkəmləndirmək mümkündür.

7. Çətin uşaqlıq. Ağacı necə əksən, elə də bitər. Bir çox cinayaətkarların pozulmuş psixologiyasının səbəbi uşaqlıqda yaşadıqları travmadır. Keçmişdə yaşadıqlarınızı qəbul edib, onlardan təcrübə qazanıb, unudun. Səhvsiz insan olmur.

8. Astagəllik. Hər insanın zaman qutusu var. Qərarlarınızı ertələməyin. Bəzi insanlar həyatları boyu doğru zamanda, lazım olan şansın gəlişini gözləyir. Gözləməyin, o şansı qazanmağa elə indi başlayın.

9.Qətiyyətsizlik. Çoxumuz hər hansı bir işi yaxşı başlayırıq, amma sona qədər çatdırmırıq. Ilk uğursuzluqda məyus olmamağı öyrənin. Qətiyyətlə üzərinə getsəniz uğursuzluq bezib qaçır. Qətiyyət bütün uğursuzluqlara qalib gəlir.

10. Pis xasiyyət. Davranışları ilə ikrah doğuran insalar ugur qazana bilməz. Uğur enerjili, gümrah ,ünsiyyətdə xoş təsir bağışlayan adamlarındır.

11. Seksual enerjinin idarə edilməz olması. Seksual istək böyük enerjidir. Bu hislə bağlı enerjini idarə etmək gərəkdir. O enerjinin əsiri olmaq uğursuzluğun birbaşa səbəblərindəndir. Onu yönləndirməyi, daim ondan asılı olmamağı bacarmaq insana çox güclü yeni enerji bəxş edir.

12. Havayı qazanamaq istəyi. Azart milyonlarla insanın həyatını məhv edir. Əmək sərf etmədən qazanılan pulun dəyəri, bərəkəti və davamlılığı olmur. Bu yolla qazanılmış pul tez xərclənir və gərəksiz yerə xərclənir.

13. Qərarsızlıq. Uğurlu insanlar zamanında düzgün qərarlar qəbul edir və onlara əməl edirlər. Tez-tez qərarını dəyişən və əməl etməyən insanlar uğursuzluğa məhkumdur. Hər hansı bir gözlənilməz situasiyada qərar verməkdə çətinlik çəkənlər həyatda istədiklərinə nail ola bilmir. Qərarsızlıq və astagəllik ¬¬¬ ekiz qardaşdır, onlardan qurtulun.

14. Qorxu. Öz qorxularınızı müəyyən edin və onlara qalib gəlin. Həyat cəsarətli olanları sevir.

15. Uğursuz evlilik. Ailədə münasibət harmonik olamlıdır. Gərgin ailədə daim ruh düşgünlüyü olur, belə vəziyyətdə isə, işə konsentrasiya mümkün deyil. Həyat yoldaşınızı seçərkən sizə huzur və rahatlıq bəxş edən birinə üstünlük verin.

16. Hədsiz ehtiyat. Bu cəhət ən ehtiyatsızlıq qədər təhlükəlidir. Bu hislərdə qızıl ortanı tapmaq, əsl uğurdur.

17. Əməkdaş seçimi. İşçi götürərkən və ya işə düzələrkən doğru insanları seçməyə çalışın. Ətrafınızda ağlı , bacarığı ilə sizə stimul verən, müsbət düşüncəli insanlarla iş görməyə çalışın.

18. Əlamətlərə inanc və önyarqılı olmaq.inanmaq cahillik əlamətidir. Belə inanclardan qurtulun. Uğurlu insan taleyini əlamətlərə, işarələrə bağlamaz.

19. Yanlış sənət. Sizə uğur və pul gətirəcək iş, həm də sevərək gördüyünüz məşğuliyyət olmalıdır. Çünki, istəmədən, zövq almadan sizə pul gətirən işlə xoşbəxt ola bilməzsiniz. Buna görə də məşğul olacağınız işi fitri bacarıq və qabilliyyətlərinizə uyğun olmasına diqqət edin.

20. Bir neçə işdən yapışmaq. Çalışın bir işdə uğur qazanmamaış, başqa işlərə can atmayın. Enerjinizi bir yerə yönəltmək daha böyük nailiyyətlər vəd edir.

21. Bədxərclik. Hər ay qazancınızdan növbəti aya müəyyən məbləğdə pul saxlamağa , yaxud hər ay bank hesabına pul qoymağı vərdişə çevirin. Bəzən insanın nağd pulunun olmaması, onu təklif olunanla razılaşmağa vadar edir.

22. İntuziazmın əksikliyi. Daim bürüşük sifətlə, çatılmış qaşlarla gəzən biri ilə heç kəs ünsiyyət qurmaq istəməz. Pozitiv olmağa, həyatın sizə verdikləri üçün minnətdar olmağa çalışın.

23. Dözümsüzlük. Belə insanlar yeni bilgilər öyrənməyə meylli olmur. İnkişaf etməyən insan isə, özünü diri-diri basdırır. Əzmlə əziyyətə dözmək uğur yoluna aparan açarlardan biridir.

24.Nəfsə yenilmək. Qida, alkoqol və cinsi əlaqə – bunların hər üçündən ifrat istifadə uğursuzluğun düstürudur.

25. Ünsiyyət qura bilməmək. İnsanlarla təmasda olmağı bacarmayan biri, nə uğurlu idarəçi, nə də işçi ola bilməz. İnsanlara olan sevgi və nifrətinizi cilovlamağı, emosiyalarınızı idarə etməyi öyrənin.

26. Tənbəllik. Insanın öz zəhmətiylə qazanmadığı pulun heç bir dəyəri olmur. Gözlənilməz miras, bomjluqdan betər dərddir, inanın.

27.Vicdansızlıq. Qəsdən yalan danışmaq gözdən salır. Onsuz da bütün yalanlar bir gün ifşa olur. Yalan danışmadan öncə onun üstünün açılacağı günü düşünün. Bir yalana illərlə qurduğunuz güvəni, reputasiyanı məhv etməyə dəyərmi?

28.Eqoizmvə özündənrazılıq. Özünü başqalarından üstün bilmək və bu cür davranmaq uğurun yolunda birbaşa qırmızı işıqdır. Sizi sevən insanlar belə, onlardan üstün olmağınızı həzm edə bilməz. Ona görə sadəliyinizi daima qoruyun. Dünyada hamı eyni hüquqlara malikdir.

29. Düşüncəsizlik. Insanların çoxu düşünmək üçün informasiya yığımında, analiz etməkdə tənbəllik edir. Başqalarını hazır fikirlərilə yaşayır. Bu dəhşətli uğursuzluqdur. Çalışın istənilən mövzuyla bağlı fikir formalaşdırmadan öncə, onunla bağlı bol məlumat toplayın, öz fikrinizi, baxış bucağınızı ortaya qoyun.

30. İlk kapitalin yoxluğu. Uğursuzluğun ən geniş yayılmış növlərindən biridir. Biznesə başlamadan, iş aləmində ciddi reputasiya qazanana qədər müəyyən başlanğıc kapitalın olması vacibdir.

31. Həyat yolunuzu analiz edib, burda məhz sizin uğursuzluğuq səbəbbinizi yaza bilərsiniz.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600