Gürcü şərabı Ginnesin Rekordlar Kitabında yer aldı

media-hightechnic-468x90

Gürcü şərabı dünyanın ən qədim şərabı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Alimlər qrupu Tbilisidən 50 kilometr məsafədə yerləşən və təxminən eramızdan əvvəl 6000-5800-cü illərə aid iki yaşayış məntəqəsində arxeoloji qazıntılar aparıblar. Məhz bundan sonra rekord qeydə alınıb.

Belə ki, araşdırma nəticəsində içərisindəki mayenin qalıqlarını saxlayan iki qab tapılıb. Kimyəvi analiz göstərib ki, bu maye şərabın saxlanılması və keyfiyyətinin qorunması üçün istifadə olunub.

Qeyd edək ki, bu kəşfə qədər ən qədim şərabçılıq ənənələrinin İrana məxsus olduğu düşünülürdü. Burada içki eramızdan əvvəl 5400-5000-ci illərdə hazırlanmağa başlayıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa