Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda daha 554 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində daha 554 nəfərdə koronavirus aşkarlanıb, 252 pasiyent sağalıb, 2 nəfər isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək koronavirusa yoluxanların sayı 8 118-ə, sağalanların sayı 4 244-ə, xəstəlikdən vəfat edənlərin sayı isə 50-yə çatıb.

Hazırda karantində 5 392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 100 nəfər isə xüsusi otellərdə müalicə olunur.

www.yenicag.az

183