Gürcüstandan gələn 46 yaşlı kişi sərhəddə öldü

media-hightechnic-468x90

Gürcüstan-Azərbaycan sərhədində ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədini keçən, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Abdullayev Füzuli Həmid oğlunun Qazax rayonunun II Şıxlı kəndi ərazisində vəziyyəti pisləşib.

Xəstə təcili tibbi yardım briqadası tərəfindən Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

F. Abdullayev mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır./Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600