Hacı Allahşükür Paşazadə Gürcüstandan olan nümayəndələri qəbul edib

media-hightechnic-468x90

0918C429-7F9C-465C-8E5A-FB3C33F5AB59_mw1024_s_nQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcü Pravoslav Kilsəsinin nümayəndə heyətini qəbul edib.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Şeyxülislam Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi əlaqələrin tarixi əhəmiyyətindən və inkişaf istiqamətləri barədə söz açıb.

Gürcüstan Patriarxı II İlyaya hər zaman Qafqazın ağsaqqalı, müdrik dini lider kimi böyük ehtiram bəslədiyini vurğulayan A. Paşazadə Azərbaycan xalqının və onun dövlət rəhbərinin bu nüfuzlu şəxsiyyətə böyük dəyər verdiyini deyib.

Patriarxın nümayəndəsi Mitropolit Gerasim Şaraşenidze Şeyxülislama Gürcüstanda böyük ehtiramın mövcudluğundan və A. Paşazadənin gürcü torpağına ötənilki son səfəri zamanı bu qardaş münasibətin bir daha şəxsən şahidi olduğunu qeyd edib.

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə yaxın aylarda dinlərarası dialoq və dini-mənəvi dəyərlərin qlobal problemlərin həllində rolu mövzusunda QMİ və Gürcü Patriarxlığının birgə Beynəlxalq konfrans keçirməsi ideyası müzakirə olunub və bununla bağlı razılığa gəlinib.

Görüşün sonunda QMİ sədri qonaqlara xatirə hədiyyəsi təqdim edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600