!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda sərnişin avtobusu aşdı - Ağır yaralılar var - FOTO

!Reklam – Yazi

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Hacıqabul rayonunda qəzaya düşən nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur.

Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin məlumatlara görə, yaralılardan 8 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 10-dan çox olduğu bildirilir./Report/

***

12:37

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

www.yenicag.az

5399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv