!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hadrut və Tuğun turizm potensialı: Bu binaların tikintisinə başlanılacaq

!Reklam – Yazi

“Hadrut və Tuğ çox vacib ərazilərdən biridir. Turizim potensialına görə Tuğun özü tarixi, mədəni əhəmiyyətə malikdir. Bu iki əraziyə xüsusi həssaslıqla yanaşırıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

O bildirib ki, görə, Hadrut qəsəbəsində məscidin tikintisi davam etdirilir:

“İnvestisiya hesabına fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Dövlət tərəfindən torpaq söküntü işləri artıq bitib. 7 yaşayış binasının bərpası və inzibati mərkəzin, klub icma mərkəzinin, müxtəlif ictimai iaşə binalarının tikintisi yaxın zamanlarda başlayacaq. İstər Hadrutda, istərsə də Tuğda turizm mərkəzi olduğu üçün Turizim Agentliyi tərəfindən müxtəlif işlər görülür. Ərazinin layihələndirilməsi, insfrasturuktur mərkəzlərinin və s. qurulması işləri üzərində də hərəkət edirik”.

Ümid İsazadə bildirib ki, yaxın zamanda Tuğda ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpası, eyni zamanda, məktəb və bağçanın tikintisinə başlanılacaq:

“Tuğa gəldikdə isə bizim ölkə üçün tarixi, mədəni əhəmiyyəti böyükdür. Lakin əfsuslar olsun ki, Tuğ kəndi də çox böyük vandallığa məruz qalıb. O səbəbdən ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpasına, onların ətrafında yaşıllıq ərazilərinin, yol kommunikasiya şəbəkələrinin, səkilərin inzibati mərkəzlərin bir neçə qeyri-yaşayış binasının, məktəbin və bağçanın tikintisinə bərpasına yaxın zamanlarda başlayacağıq. Orada torpaq işləri artıq bitib.

Hadrut qəsəbəsində olduğu kimi, Tuğ kəndində layihələndirmə işləri Turizm Agentliyi tərəfindən davam etdirilir. Layihəndirmə işlərinə xüsusi diqqət yetiririk. Çünki həm layihələrin keyfiyyətli olması, həm də dövlət büdcəsinə qənaət olunması, səmərəli istifadə olunması bu bizim proritetlərimizdən biridir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv