!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hakan Çalhanoğlu “İnter”in tarixinə düşdü

!Reklam – Yazi

İtaliyanın “İnter” komandası 14 ildən sonra UEFA Çempionlar Liqasında cərimə zərbəsindən qol vurub.

Yenicag.az xəbər verir ki, həmin qolun müəllifi Milan təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu olub. Türkiyə millisinin üzvü ötən gün Serbiya təmsilçisi “Srvena Zvezda” ilə keçirilmiş ev matçında fərqlənib. 30 yaşlı oyunçu matçın 11-ci dəqiqəsində əla zərbə ilə baxımlı qola imza atıb.

Görüş “İnter”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, sonuncu dəfə 2010-cu ilin mart ayında niderlandlı veteran futbolçu Uesli Sneyder “İnter”in heyətində Çempionlar Liqasının 1/4 final mərhələsində Rusiyanın MOİK komandasına cərimə zərbəsindən qol vurub. Həmin oyunda milanlılar 1:0 hesablı qələbə qazanmışdılar.

 

COP29

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv