"Hakken" "Qarabağ"a məğlub oldu - YENİLƏNDİ

media-hightechnic-468x90

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə “Hakken”in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın “Bayer 04” komandası Norveçdə “Molde”yə qalib gəlib – 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində “Qarabağ”ı üstələyir və liderliyini davam etdirir. “Molde” və “Hakken”in isə xalı yoxdur./Report/

***23:48

İsveçdə “Hakken” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***23:00

İsveçdə “Hakken” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu start götürüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05