!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hamiləlik haqqında bilmədiyiniz həqiqətlər

!Reklam – Yazi

Şübhəsiz ki, körpənin ana bətnindəki bütün inkişaf mərhələləri bir möcüzədir, lakin indi sizə təqdim edəcəyimiz məlumatları oxuyanda möcüzənin ülviliyinə bir daha əmin olacaqsınız.

  • Körpələr analarının yediklərinin dadını hiss edirlər.
  • Ana bətnində sidik ifraz edib, eyni mayeni təkrar qəbul edirlər. Amniyon adlı həmin mayenin körpəyə heç bir ziyanı yoxdur.
  • Ən uzun hamiləlik müddəti 12 ay yarım çəkə bilər, lakin bu, ana və körpə üçün təhlükəlidir.
  • Ağlayan uşaq görəndə hamilə və zahı qadınların döşlərində süd əmələ gəlir.
  • Hər 2 min uşaqdan biri dişli doğulur.
  • Hamiləlik zamanı anada unutqanlıq halları tez-tez olursa, demək, oğlan uşağı doğulacaq.
  • Körpələr ana bətnində ağlayırlar.
  • Normalda 3 ilə yaranan estrogen hormonu hamilə qadınlarda bir günə yaranır. Buna görə də hamilələr çox həssas olurlar.
  • Bu dövrdə qadınların bətni normal vəziyyətindən 500 dəfə genişlənə bilir.
  • Qarın böyüdükcə, ananın ürəyi və ayaqları da “böyüyür”.
  • Körpələrin barmaq izi ilk üç ayda yaranır.
  • Oğlan uşaqları ana qarnında da ereksiya olurlar.
  • Hamilə qadınlarda qan miqdarı 50 faiz artır, buna görə də sima gözəlləşir.
  • Estrogen hormonu dadbilmə və iybilmə hisslərini də gücləndirir. Buna görə qadınlar tez-tez müxtəlif yeməklər istəyir və ürəkləri ən adi iylərdən bulanır.
COP29

www.yenicag.az

3229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv