İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-ın cavab planı üzə çıxıb.
Yenicag.az xəbər verir ki, plana görə, HƏMAS-ın xarici ölkələrdə israilliləri hədəf alacağı iddia edilib.
İsrail mediasına danışan və şəxsiyyətlərinin gizli saxlanılmasını istəyən Fələstin rəsmiləri bu əməliyyatla bağlı qərarın sui-qəsddən iki gün sonra verildiyini iddia edib. Qəzza zolağından İsrailə birbaşa hücum etmək imkanları azaldığından qrupun strategiyasını dəyişdiyi düşünülür.
HƏMAS-ın İsrail vətəndaşlarını, yoxsa məmurları hədəf alacağı isə məlum deyil.
Xatırladaq ki, HƏMAS və onun dəstəkçisi İran, Haniyənin üç həftə əvvəl Tehranda öldürülməsindən sonra İsrailə qarşı qisas alacağına söz verib./unikal
www.yenicag.az