Haqsızlıqla üzləşən SAMİRƏ: “Efirdə söyüş söyənləri yuxarı başda əyləşdirirlər, məni də...”

media-hightechnic-468x90

“Efirdə söyüş söyənləri çağırıb yuxarı başda əyləşdirirlər, amma mənə qadağa qoyurlar?”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında sənətçi Samirə Yusifqızı deyib.

Bir müddətdir ki, verilişlərə dəvət almayan Samirə “Niyə efirlərdə görünmürsünüz?” sualını cavablandırıb. Müğənni ona qarşı ciddi haqsızlıq olunduğunu bildirib:

“İllərin sənətkarıyam, ali savadlı müğənniyəm. Heç vaxt da bayağı mahnı oxumamışam və heç vaxt ora-buramı açıb küçədə qoymamışam. Həmişə ağzımın danışığını bilmişəm. Tərbiyəmlə, əxlaqımla seçilmişəm. Heç bilmirəm mənə qarşı bu, nə münasibətdir.

O qadağa siyahısında mənim də şəklimi qoydular, hər yerdə paylaşdılar. Amma bu siyahını kim özündən ortaya atıb, bilmirəm. Bu, rəsmi qadağa deyil axı. Mənim artıq hamısından qəlbim sınıb. Heç çağırsalar da, heç bir telekanala getməyəcəyəm. Neyləmişəm onlara? Nə tərbiyəsizlik etmişəm, hansı kobudluğumu görüblər? Hansı mədəniyyətsiz hərəkətim olub? Efirdə söyüş söyənləri çağırıb yuxarı başda əyləşdirirlər, amma mənə qadağa qoyurlar? Eybi yoxdur, xalq yaxşı tanıyır hamını”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05