Hava burulğanı çətin anlar yaşatdı-Video
Türkiyənin Antalya şəhərində balıqçı gəmisi qəflətən açıq dənizdə hava burulğanına rast gəlib
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, gəmidə üç balıqçı olub. Balqçılar 500 metrə qədər yaxınlaşan hava burulğanından dolayı həyəcan içində olublar. Qeyd edək ki, balıqçılardan biri həmin anı videolentə almağı bacarıb.
15-20 dəqiqə ərzində hava burulğanı görünməyə başlayıb, sonradan isə burulğan üfüqdə gözdən itib. Balıqçılardan biri bildirib ki, dənizdə baş verən hava burulğanını əvvəlcə çox ciddi qarşılamayıblar. Lakin, təhlükənin onlara yaxınlaşdığının fərqinə varıb, oradan uzaqlaşıblar.