Hava küləkli olacaq

media-hightechnic-468x90

hava kulek axsamAzərbaycan ərazisində küləkli hava proqnozlaşdırılır.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, bu gündən etibarən Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq. Cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunub. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05