Havanın tempraturu 27 dərəcəyə qalxacaq

media-hightechnic-468x90

fe439de8a0059bd92b37a788de983c05Bəzi yerlərdə duman olacaq, külək əsəcək

Aprelin 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-15, gündüz 18-23, bəzi yerlərdə 27, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600