Həbs edilən prezident danışdı
Misirin sabiq prezidenti, 2013-cü ilin iyulunda hərbi çevrilişdən sonra həbs edilən Məhəmməd Mursi məhkəmədə maraqlı faktları açıqlayıb. 35 nəfərlə birə məhkəmə qarşısına çıxarılan sabiq prezident çevriliş vaxtı necə həbs edilməsi ilə bağlı sualları cavablandırıb. M.Mursi iqamətgahdan aparıldıqdan sonra bir neçə yerdə saxlandığını deyib: “Bu barədə ilk dəfədir ki, danışıram. İyulun 5-də Respublika Mühafizəçiləri təşkilatının komandiri yanıma gələrək binadan çıxmalı olduğumu dedi. Həmin komandirə ölkə başçısına tabe olmasını, etdiyi hərəkətin nə vaxtsa qanunla qiymətləndiriləcəyini dedim. O isə cavab vermədi. Daha sonra məniz zorla aparmaq üçün hərbçilər gəldi”.
M.Mursi əlavə edib: ” Helikopterə minərək Süveyş kanalına doğru getdik. Süveyşdəki Ataqe dağında bir neçə dəqiqə dayandıqdan sonra məni Fayed hava limanına gətirdilər. Hava limanında yarım saat qaldıq və daha sonra İsgəndəriyyəyə getdik. İsgəndəriyədə bildim ki, məni Ebu Kayr dəniz bazasına aid sualtı hərbi hissəyə gətiriblər. 5 iyuldan 4 noyabra qədər orada qaldım. Bu müddətdə haqqımda çox xəbərlər yayıldı. Noyabrın 4-dək heç kimlə bircə kəlmə də danışmadım. ancaq baş prkouror və vəkillərin suallarına cavab vermişəm”.
M.Mursi Misirin milli təhlükəsizliyi baxımından daha çox danışmaq istəmədiyini deyib və vəkilə üzünü tutaraq söyləyib ki, əgər bş verənlərin təfərrüatını daha dəqiq bilmək istəyirsə ölkənin hazırkı prezidentiAbdulfəttah Əs Sisisiyə, keçmiş nazirlər Sami Annana və Hüseyn Tantaviyə müraciət etsin.
M.Mursi və vəkili hakimdən bəzi səs yazılarının məhkəmədə elan edilməsini də tələb edib.
(lent.az)