Həkimlərə şad xəbər – Maaş artımı gözlənilir

hekimmaasAzərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişdiriləcək:

“Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişləri adambaşına olacaq. Bu, həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstə sayı çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”.